Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-09-2023 , 21:48

5861

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Gündəlik Xəbərlər
- +

Bələdiyyə sədri: “Yaxın günlərdə borcdan xilas yolu ilə bağlı təkliflər bələdiyyə iclasında müzakirə ediləcəkdir”

“Bakı bələdiyyələrinin DSMF borcunun həcmi 750 min manatadək azalıb. Lakin bir çox bələdiyyələrdə bu proses azalsa da, Biləcəri bələdiyyəsində borcun həcmində artım hiss olunur”- bu fikirlər Bələdiyyələrlə İş Mərkəzində Bakı şəhərində fəaliyyət göstərən bələdiyyə sədrlərinin iştirakı ilə keçirilən seminar-müşavirədə səslənib. Bu məsələyə aydınlıq gətirmək məqsədiylə “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin Binəqədi rayonu Biləcəri bələdiyyəsində görüşü keçirilib.

Görüşdə Biləcəri bələdiyyəsinin sədri Etibar Cabbarov, bələdiyyənin sədr müavini Samirə Həsənova və bələdiyyənin şöbə müdiri Saleh Məmmədov iştirak edib.

Bələdiyyə sədri Etibar Cabbarov görüşdə bələdiyyənin son bir ildəki fəaliyyətinə toxunaraq bir sıra ciddi addımların atıldığını qeyd edib. Lakin bələdiyyənin  2006-2015-ci illərdə yığılıb qalmış DSMF  borclarının olması bələdiyyənin fəaliyyətinə həqiqətən ciddi problem yaratmaqdadır.

Sədrin sözlərinə görə, adıçəkilən müşavirədə də bu məsələyə ciddi şəkildə toxuldu. Məhz həmin müşavirədən sonra məsələnin həllinə ciddi şəkildə diqqət yetirilməsi qərara alınıb. Bundan əvvəl isə bələdiyyədə xərclərin həcminin azaldıması və büdcə gəlirlərinin artırılması istiqamətində işlər aparılıb və aparılmaqdadır. Bələdiyyə qulluqçuları arasında ixtisarlar aparılmış, təkrarlanan vəzifələr ləğv edilmiş, fəaliyyətin optimallaşdırılmasıyla bağlı ciddi işlər aparılmaqdadır. Bununla yanaşı büdcə gəlrilərinin həcmi iki dəfəyədək artırılmışdır. Lakin problem qalmaqdadır. Bələdiyyənin əvvəl ki illərdə seçilmiş sədrlərinin məsuliyyətsiz addımları sayəsində bələdiyyənin üz-üzə qaldığı problemi təkbaşına həll etmək mümkün olmayacaq. Odur ki, bununla bağlı yaxın günlərdə bələdiyyə iclasında  xüsusi proqramın hazırlanması və müvafiq orqanlara təkliflərlə bağlı müraciətin edilməsi qərara alınıb.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin sözlərinə görə, bu məsələyə  dəfələrlə toxunulsa da elə ciddi bir irəliləyişə nail olunmaması təəssüf doğurur. Lakin bütün hallarda çıxış yolu var. Həm vergi-uçot sisteminin təkmilləşdirilməsi, həm də bələdiyyənin balansında olan mərasim evlərinin sənədləşdirilərək satışa çıxarlması bütün hallarda vəziyyətdən çıxış yolu kimi baxıla bilər.

Bələdiyyənin sədr müavini Samirə Həsənova və bələdiyyənin şöbə müdiri, tanınmış iqtisadçı  Saleh Məmmədov qaldırılan məsələnin həllinə və ümumiyyətlə borcdan xilas yolu ilə bağlı öz təkliflərini veriblər.

Sonda müzaklirə edilən mövzu ilə əlaqəli yaxın günlərdə vahid konsepsiyanın  hazırlanacağı və onun bələdiyyə iclasında müzakirə edilməsi qərara alınıb.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub

Gündəlik Xəbərlər
09-05-2025
508

Hər üç görüşdə diqqətimi çəkən əsas məqam...

Gündəlik Xəbərlər
24-04-2025
866

Cərimə edilən sırasında bələdiyyədə də var 

Gündəlik Xəbərlər
21-04-2025
638

Bələdiyyələr niyə hesabat verə bilmirlər...

Gündəlik Xəbərlər
11-04-2025
1333

Eldar Əzizovu fərqləndirən əsas cəhət


Gündəlik Xəbərlər
09-04-2025
649

Nazir  Şəkidə vətəndaşları qəbul edib

Gündəlik Xəbərlər
07-04-2025
669

Bu rayonlarda  da bələdiyyələr formalaşdırılıb?

Gündəlik Xəbərlər
07-04-2025
724